Sabiq "Real Madrid" futbolçusu "Real"ı məğlub etməkdən zövq aldığını bildirib.
Offsideplus.az xəbər verir ki, söhbət hazırda "Atletiko Madrid"də çıxış edən Markos Llorentedən gedir.
O, hətta bir qədər də irəli gedərək: "Real"a qalib gəldikdə Barselona"ya qalib gəlməkdən daha çox zövq alıram" - deyə açıqlama verib.
Qeyd edək ki, Markos Llorente 2015-2019 illəri aralığında "Real Madrid" forması geyinib.