AZ

“Qarabağ” “Atletik Bilbao” ilə oyunla bağlı azarkeşlərə müraciət edib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik Bilbao” - “Qarabağ” oyunu üçün vauçerlər oktyabrın 10-u saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə İdman.Biz Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunub ki, bu qərar azarkeşlərin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.

Həmçinin vurğulanıb ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq.

Xatırladaq ki, “Atletik” – “Qarabağ”" oyunu oktyabrın 22-də, saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.

Klub daha əvvəl biletlərin oktyabrın 15-dən satışa çıxarılacağını bildirmişdi.

İdman.Biz

Seçilən
5
3
idman.biz

5Mənbələr