“Real Madrid”in forvardı və Fransa millisinin kapitanı Kilian Mbappenin anası Fayza Lamari 2024-cü ilin payızında zorlamada ittiham olunan oğlu ilə söhbətlərini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, ulduz futbolçunun anası oğlunun günahsızlığına inanır.
“Mən Kiliana inanırdım. Bunun belə, yenə də ondan soruşdum ki, həqiqətən bunu etmisən? O cavab verdi: “Bəlkə bu fantaziyaları dayandırasan?!”, - Lamari deyib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Mbappe Stokholmda istirahət edib. Futbolçu restoran və gecə klubunda görüntülənib. Tezliklə Mbappenin qaldığı oteldə zorlama şikayəti ilə bağlı araşdırma aparıldığı barədə xəbərlər yayılıb. Bildirilib ki, təcavüzə məruz qalan qadın cinayətdə “Real Madrid”in hücumçusunu günahlandırıb.
Dekabrda İsveç Prokurorluğu sübut çatışmazlığı səbəbindən işin bağlandığını elan edib.