AZ

Azərbaycan şirkəti bölünəcək, yeni MMC-lər təsis ediləcək

14 noyabr 2025-ci il tarixində “F.S” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Marja xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1. ASC-nin bölünməsi və bölünmə balansının təsdiq edilməsi.

2. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.

3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-lərin təsis edilməsinə və nizamnamə kapitalının əmlak şəklində formalaşmasına razılığın verilməsi.

4. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.

5. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan-13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. Ünvan - Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,1999-cu məhəllə.

Seçilən
37
2
marja.az

3Mənbələr