AZ

Filippində 7,4 bal gücündə zəlzələ oldu


Filippində yerli vaxtla səhər saat 9:43-də (Bakı vaxtı ilə 5:43) şiddətli zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin cənubunda baş verən zəlzələnin 7,4 bal gücündə olduğunu açıqlayıb.
Qeyd olunub ki, zəlzələ 10 km dərinlikdə baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Davao Oriental, İstern Samar, Sautern Leyte və Suricao del Norte əyalətləri üçün sunami xəbərdarlığı edilib.
Seçilən
28
yeniavaz.com

1Mənbələr