AZ

Daha bir milli komanda DÇ-2026-ya vəsiqə qazandı


Əlcəzair yığması DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazanıb. Bu milli komanda ötən gecə Afrika zonası üzrə seçmə məhələnin 9-cu turu çərçivəsində Somaliyə 3:0 hesabı ilə qalib gəlməklə rəsmiləşdirib. Beləliklə, Əlcəzair G qrupunda sona 1 tur qalmış xallarının sayını 22-yə çatdırıb və ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayıb.

Əlcəzair DÇ-2026-da iştirakı rəsmiləşən 20-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Mətləb

Seçilən
50
6
baki-xeber.com

10Mənbələr