AZ

Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib

Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsinə təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova əmr imzalayıb.

N.Abışov bu təyinatadək İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.

Seçilən
187
13
operativmm.az

10Mənbələr