Bu barədə AFN.az-a TQTA-nın təsisçilərindən biri, Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, bu statusun əldə edilməsi Azərbaycanın turizm və qonaqpərvərlik sahəsində tarixi bir addımdır: "Turan Qastro Turizm Akademiyası (TQTA) olaraq, Sumqayıtda fəaliyyətə başladığımız ilk gündən etibarən əsas məqsədimiz sektorumuzun beynəlxalq standartlara uyğun, peşəkar kadrlarla təmin edilməsi olub. Bu istiqamətdə atdığımız ən böyük addımlardan biri isə İngiltərə mənşəli CTH (Confederation of Tourism & Hospitality) Teaching Centre statusunu qazanmaq idi.
Bu akreditasiya ilə artıq Azərbaycan turizm mütəxəssisləri Virgin Atlantic, IHG Hotels & Resorts, Sheraton kimi dünya turizm nəhəngləri ilə eyni standartlarda təhsil alır və beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olur".
Ruslan Quliyev bildirib ki, bundan sonra TQTA beynəlxalq standartlara uyğun yetişmiş turizm peşəkarları, CTH sertifikatlı, dünya bazarında rəqabətədavamlı kadrlar, Hotel menecmenti, turizm idarəetməsi, ön büro xidmətləri üzrə ixtisaslı mütəxəssislər yetişdirəcək.
3Mənbələr
-
demokrat.azTuran Qastro Turizm Akademiyası İngiltərə mənşəli CTH Teaching Centre statusunu qazanıb ( 22243141)
-
demokrat.azTuran Qastro Turizm Akademiyası İngiltərə mənşəli "CTH Teaching Centre" statusunu qazanıb ( 22243105)
-
afn.azTuran Qastro Turizm Akademiyası İngiltərə mənşəli "CTH Teaching Centre" statusunu qazanıb ( 22231897)