AZ

Bank kartları ilə bağlı 24 saat vaxt verildi

Türkiyədə Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) fərdi kredit kartı borclarının yenidən strukturlaşdırılması proqramına müraciət müddəti oktyabr;n 10-da başa çatır.

KONKRET.az xəbər verir ki, bu proqram çərçivəsində vətəndaşlar borclarını 48 aya qədər hissə-hissə ödəyə biləcəklər. Faiz dərəcəsi 3,11% olaraq müəyyən edilib. Müraciətlər bankların filialları və rəqəmsal kanallar vasitəsilə iş saatlarının sonuna qədər qəbul ediləcək.

Yeni tənzimləməyə əsasən, restrukturizasiya edilmiş borclar üzrə aylıq taksitlər minimum ödənişə əlavə olunacaq, borcun 50%-i ödənənə qədər kredit kartı limiti artırılmayacaq, restrukturizasiya məbləği kart limitini keçərsə, artıq hissə limitdən artıq hesab edilməyəcək. Tənzimləmə yalnız vaxtı keçmiş borcları deyil, həm də qismən və ya tam ödənilməmiş bütün fərdi kart borclarını əhatə edir.

Qərara əsasən, restrukturizasiya zamanı əsas götürüləcək məbləğ mövcud borc qalığına görə hesablanacaq, yəni daha əvvəl restrukturizasiya edilmiş borclar da bu prosesə daxil edilə biləcək.

Seçilən
11
2
konkret.az

3Mənbələr