AZ

DÇ-2026: Bu gün daha 8 oyun keçiriləcək

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 8 oyun keçiriləcək. 

Qarşılaşmalar 4 qrupda baş tutacaq. Günə Qazaxıstan - Lixtenşteyn oyunu ilə start veriləcək. J qrupunda liderlik uğrunda matçda Belçika Şimali Makedoniya ilə üz-üzə gələcək.

A qrupunda yer alan Almaniya Lüksemburqu sınağa çəkəcək. 

Qeyd edək ki, D qrupuna mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Fransa ilə qarşılaşacaq. Qrupumuzda həmçinin  İslandiya - Ukrayna  oyunu baş tutacaq.

ABŞ, Kanada və Meksikada təşkil olunan mundialın final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.

DÇ-2026
Seçmə mərhələ
10 oktyabr

J qrupu

18:00. Qazaxıstan – Lixtenşteyn
22:45. Belçika – Şimali Makedoniya

Xal durumu: Şimali Makedoniya - 11, Belçika - 10, Uels - 10, Qazaxıstan - 3, Lixtenşteyn - 0.

A qrupu

22:45. Almaniya – Lüksemburq
22:45. Şimali İrlandiya – Slovakiyaya

Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya - 3, Almaniya - 3, Lüksemburq - 0.

B qrupu

22:45. İsveç – İsveçrə
22:45. Kosovo – Sloveniya

Xal durumu: İsveçrə - 6, Kosovo - 3, İsveç - 1, Sloveniya - 1.

D qrupu

22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna

Xal durumu: Fransa - 6, İslandiya - 3, Ukrayna - 1, Azərbaycan - 1.

Seçilən
18
1
fanat.az

10Mənbələr