ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 10 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan yığma yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Parisdə Fransa seçməsinin qonağı olacaq. “Park de Prens” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçın baş hakimi norveçli FIFA referisi Rohit Saqqi olacaq.
İlk 2 turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda Ukrayna ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Fransa yığması 6 xalla liderdir. İslandiya seçməsi isə 3 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukrayna kollektivinə qarşı keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.