"Qalatasaray" rəhbərliyi baş məşqçi Okan Burukla yeni müqavilə imzalamağı planlaşdırır.
Missiya.Az türk mediasına istinadən xəbər verir ki, klub prezidenti Dursun Özbək mayda keçiriləcək seçkilərdə yenidən prezident seçilərsə, 50 yaşlı mütəxəssislə 1+1 illik müqavilə bağlanacaq.
Yeni razılaşmaya əsasən, Burukun maaşı illik 4 milyon avroya yüksələcək. Hazırda o, illik 110 milyon türk lirəsi qazanır.
Bundan əlavə, rəhbərlik baş məşqçiyə motivasiya məqsədilə ulduz yarımmüdafiəçi transfer etməyi də nəzərdən keçirir. Namizədlər arasında Frank Angissa ("Napoli"), Quinten Timber ("Feyenoord") və Rafael Onyedika ("Brügge") yer alır.
Transferin baş tutması üçün əsas şərt komandanın UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməsidir.
Dursun Özbək bildirib ki, yenidən seçilərsə, texniki heyətlə tam güvən içində çalışacaq:
"Uğur gəldikcə, hər cür fədakarlığa hazırıq", – deyə klub rəhbəri vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az