Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Publika.az xəbər verir ki, 4 qrupda ümumilikdə 8 görüş baş tutacaq.
D qrupunda Azərbaycan millisi Fransanın qonağı olacaq. İslandiya isə Ukraynanı qəbul edəcək.
Bundan başqa, Almaniya Lüksemburqu sınağa çəkəcək. Belçika isə J qrupunun məğlubedilməz lideri Şimali Makedoniyanı qəbul edəcək.
DÇ-2026, Avropa zonası
10 oktyabr
A qrupu
22:45 Almaniya - Lüksemburq
22:45 Şimali İrlandiya - Slovakiya
Xal durumu: Slovakiya 6, Şimali İrlandiya 3, Almaniya 3, Lüksemburq 0.