Futzal üzrə millinin və «Araz-Naxçıvan»ın oyunçusu Xəzər Ağalızadə bu idman növüylə vidalaşıb.
O, bundan sonra özünü minifutbolda sınayacaq.
Yığmanın gənc üzvü «Araz»la müqaviləsini pozaraq, «Birbaşa» ilə birbaşa kontrakt bağlayıb.
İdman Akademiyasının məzunu təsadüfən belə bir seçim etməyib.
19 yaşında ölkənin əsas millisində debüt imkanı qazanmış ən cavan futzalı kimi adını tarixə yazdıran Xəzər «Araz» rəhbərliyinin etinasız münasibəti üzündən bu addımı atıb.
Hərbi xidmətlə bağlı yaranmış problemin həllində onlardan kömək gözləyən oyunçu istəyinə çatmayıb. «Birbaşa» başbilənləri bu məqamda yaxasını irəli verərək, Ağalızadəyə yardımçı olub.
SPORTİNFO.AZ