AZ

Masazırda sahibsiz it PROBLEMİ: Övladlarımızı məktəbə göndərə bilmirik

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tovuzda 10 yaşlı uşağın quduzluqdan dünyasını dəyişməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.

Hadisədən sonra ölkənin müxtəlif bölgələrində, o cümlədən Abşeron rayonunun Masazır kəndində sahibsiz itlərlə bağlı vəziyyət yenidən gündəmə gəlib.

Masazır sakinlərinin sözlərinə görə, kənddə sürü halında gəzən sahibsiz itlər təhlükə yaradırlar.

"Övladlarımızı məktəbə göndərə bilmirik. Həm bizə, həm də uşaqlarımıza hücum edirlər. Gecələr çölə çıxmaq olmur", - deyə sakinlər söyləyiblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti və Masazır bələdiyyəsindən bildirilib ki, yaxın vaxtlarda Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzi yaradılacaq:

"Bir müddət öncə mərkəzin yaradılması üçün torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı qanunvericiliyə müvafiq olaraq sənədləşmə işlərinə başlanılıb. Buna paralel olaraq tərəfimizdən mütəxəssislərin rəyi nəzərə alınmaqla, o cümlədən birbaşa iştirakı ilə mərkəzin layihəsi hazırlanıb. Hazırda sənədləşmə işləri son tamamlanma mərhələsindədir. Gələn ilin birinci yarısında işlərin görülməsi planlaşdırılıb".

Açıqlamada, həmçinin qeyd olunub ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə qayğı mərkəzinə daşınıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Masazırda sahibsiz it PROBLEMİ: "Övladlarımızı məktəbə göndərə bilmirik"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
oxu.az

5Mənbələr