AZ

Almaniyadan 40 Azərbaycan vətəndaşı readmissiya çərçivəsində geri qəbul edilib

Almaniya tərəfindən readmissiya prosesi çərçivəsində 40 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qaytarılıb. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Geri qəbul edilən şəxslərin sosial-iqtisadi reinteqrasiyasına dəstək məqsədilə Dövlət Miqrasiya Xidmətinin əlaqələndirməsi ilə fəaliyyət göstərən Reinteqrasiya üzrə İşçi Qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Qrupun tərkibinə aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir.

DMX bildirir ki, tədbirlər readmissiya olunan şəxslərin üzləşdikləri çətinliklərin operativ həlli və onların cəmiyyətə dayanıqlı şəkildə uyğunlaşdırılmasına yönəlib.

Azərbaycan və Avropa İttifaqı arasında Readmissiya haqqında Saziş 2014-cü ildən qüvvədədir və qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi daşıyır.

Aytac 

Seçilən
6
anews.az

1Mənbələr