AZ

Naxçıvanda işəgötürənlər ƏMAS-ın imkanları və əməyin mühafizəsi ilə bağlı maarifləndiriliblər

Bakı, 10 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) təşkilatçılığı ilə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı “Əmək və Məşğulluq” altsisteminin funksionallığı və bu istiqamətdə tətbiq edilən yeniliklər iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul olunmuş yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıblar.

Görüşdə 50 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 54 nümayəndə iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
24
2
azertag.az

3Mənbələr