AZ

“Critical Infrastructure Defense Challenge – CIDC 2025” kiberfestivalının ikinci gününə start verilib

Bu gün Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defense Challenge – CIDC 2025” beynəlxalq kiberfestivalının ikinci gününə start verilib.

Operativ Media xəbər verir ki, günün proqramı çərçivəsində yerli və xarici ekspertlərin iştirakı ilə 5 təqdimat, 2 panel müzakirəsi və sahə üzrə nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən keçiriləcək 3 təlim nəzərdə tutulub. Eyni zamanda, “Ağıllı şəhərlərdə kibermüharibə” adlı virtual yarış davam etdirilir.

İkinci günün açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov çıxış edərək festivalın təşkilində əməkdaşlıq və dəstəyə görə qızıl sponsorlara təşəkkür sertifikatlarını təqdim edib.

Seçilən
39
operativmedia.az

1Mənbələr