AZ

Azərbaycanda yeni akademiya yaradıla bilər Deputatdan təklif

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Millət vəkili Hikmət Babaoğlu türkologiya sahəsində mühüm təkliflə çıxış edib. 

News24.az xəbər verir ki, o, bu barədə Milli Məclisin iclasında danşıb. Deputat bildirib ki, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak edən bir çox azərbaycanlı alimlər sonradan repressiya qurbanı olublar.

Hikmət Babaoğlunun sözlərinə görə, həmin dövrdə türk dünyasının elmi və mədəni birliyinə böyük töhfə verən bu alimlərin xatirəsini yaşatmaq və onların ideyalarını davam etdirmək məqsədilə bütün türk dövlətləri üçün ortaq bir “Türkoloji Akademiya”nın yaradılması vacibdir.

"1926-cı ildə keçirilən Türkoloji Qurultay türk xalqlarının elmi həmrəyliyinin zirvəsi idi. Təəssüf ki, o dövrün bir çox görkəmli alimləri sonradan repressiyaya məruz qaldılar. Bu gün biz onların irsinə sahib çıxmalı və türk dünyasının elmi inteqrasiyasını gücləndirməliyik,” – deyə Babaoğlu qeyd edib.

Deputat əlavə edib ki, belə bir akademiyanın yaradılması həm türkologiya elminin inkişafına, həm də türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
news24.az

2Mənbələr