AZ

Deputatdan təklif: Türkologiya akademiyası qurulsun

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Gökalpın ən böyük arzusu türk birliyini görmək idi. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) bu aruzları reallaşdırır. Bu baxımdan, prezident İlham Əliyev TDT-ni qlobal aktor kimi səciyyələndirdi".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayda iştirak edən alimlərimiz 1937-ci il repressiyasının qurbanı oldular:

"Məncə, bu gün Türkologiya akademiyası qurmaq olar ki, bu akademiyada türk xalqlarının ortaq dili ilə bağlı araşdırmalar aparıla bilər".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr