AZ

Məhkəmədən Şahin Şıxlinski ilə bağlı qərar

Yekaterinburqun Sverdlovsk vilayət məhkəməsi xüsusi təyinatlıların əsgərinə hücumda və adam öldürməyə cəhddə təqsirləndirilən Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski barəsində həbs qətimkan tədbiri seçib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

"Sverdlovsk vilayət məhkəməsi qapalı iclasda iş materiallarına baxaraq apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas tapmayıb. Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq", - məhkəmədən bildirilib.

Bundan əvvəl Şahin Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə qərarından apellyasiya şikayəti vermişdi. 

Şıxlinski avqustun 2-də Moskvada həbs edilib. Daha sonra o , Yekaterinburqa aparılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamları rədd edir. Ural məhkəməsi daha əvvəl onun oğlu, vəkil Mütvala Şıxlinski barəsində həbs qətimkan tədbiri seçib. O, hüquq-mühafizə orqanının əməkdaşına hücum etməkdə ittiham olunur. Müstəntiqlər hesab edirlər ki, vəkil iyulun 1-də atasının həbsi zamanı arxadan gələn zabiti vurub.

Ağarza Elçinoğlu 

Seçilən
7
1
unikal.az

2Mənbələr