"Düyməni basıram, düşə bilmirəm. Söz verin danışım".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Səyyad Aran spikerə müraciətində dedi.
"Kombinasiya qurulub, bir çox deputatlar deyir ki, mən də düşə bilmirəm danışmaq üçün", - deyə o bildirdi.
Spiker Sahibə Qafarova isə bildirdi ki, zalda 125 deputat var:
"Kim düyməni tez vurdu, söz onundur. Nə kombinasiyası qurulub? Siz ağsaqqalsız, buyurun söz verirəm sizə".
Aminə ŞAHSUVARQIZI