AZ

Bu dəyişiklik evlərin qiymətin bahalaşdıracaq

Hazırda enerjiyə ən çox tələbat yaşayış binalarında müşahidə olunur. Yeni tikilən, əsaslı təmir edilən və yenidən qurulan bütün yaşayış və qeyri-yaşayış obyektləri üçün enerji effektivliyi üzrə pasportun alınması məcburi olacaq.

Milli.Az xəbər verir ki, tikinti layihələndirilməsi zamanı enerji sərfiyyatının hesablanması vacibdir. Bu hesablamalara əsasən bina üçün enerji sinfi müəyyən olunur və bu göstəricilər pasportda öz əksini tapır.

Millət vəkili Rövşən Muradov bildirib ki, pasportun qiyməti binanın sahəsinə və növünə görə dəyişir, sahə böyüdükcə kvadratmetr üzrə ödəniş azalır.

İqtisadçı Xalid Kərimlinin fikrincə, bu yenilik daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək:

"Gələcəkdə alıcılar və kirayə götürənlər mənzilin enerji sinfinə daha çox diqqət yetirəcəklər. Bu isə enerjiyə qənaətcil binalara marağın artmasına və onların qiymətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda tikinti şirkətləri üçün bu, məhsullarını tanıtmaqda əlavə üstünlük rolunu oynayacaq". 

Asya
Milli.Az

Seçilən
34
2
milli.az

3Mənbələr