AZ

Zirvə görşü ortaq təkliflərlə yadda qaldı - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Zirvə görşü türk dövlətlərinin inkişafına söykənən ortaq təkliflərlə yadda qaldı”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Günay Əfəndiyeva deyib.

Deputat 16 illik Türk Dövlətləri Təşkilatının hər il böyüdüyünü, təşkilatlandığını və geosiyasi, iqtisadi, hərbi, mədəni gücə çevrildiyini vurğulayıb.

Deputat Zirvə çərçivəsində türk birliyi ilə bağlı dünyaya mühüm mesajlar ötürüldüyünü vurğulamaqla yanaşı, eyni zamanda qardaşlığın, dostluğun simvolu olan məqamlara diqqət çəkib. O, bu sırada Zirvə çərçivəsində Türkmənistanın Füzulidə inşa edəcəyi Məscidin əsasının qoyulmasını xüsusilə dəyərləndirib.

Seçilən
33
hafta.az

1Mənbələr