AZ

Bələdiyyə başçısı HƏBS EDİLDİ

Yazını böyüt
Yazını kiçilt

Bursa Baş Prokurorluğunun göstərişi ilə Bursa Vilayət Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbəsi qrupları tərəfindən bu gün səhər saatlarında əməliyyat keçirilib.

Hafta.az-ın yazdığına görə, keçmiş Nilüfər Bələdiyyəsinin başqanı Turqay Ərdəm rüşvət alma, cinayət təşkilatı qurmaq və üzv olmaq, cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində Mudanyadakı evində saxlanılıb.

23 nəfər haqqında həbs qərarının olduğu, Ərdəm də daxil olmaqla 21 nəfərin nəzarətə alındığı öyrənilib. Saxlanılanlar arasında Ərdəmin həyat yoldaşı Zeynəb Tərzioğlu Ərdəm də daxil olmaqla, iki şübhəlinin hazırda xaricdə oluğu üzə çıxıb. KOM qrupları Ərdəm və digər şübhəlilərin evlərində və iş yerlərində axtarışa başlayıb.

Seçilən
13
hafta.az

1Mənbələr