AZ

Paşinyan bizsiz heç yerə getməz Lukaşenkodan İlham Əliyevə (VİDEO)

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Düşənbədə MDB sammiti başlamazdan əvvəl Belarus lideri Aleksandr Lukaşenko prezident İlham Əliyevin yanında əyləşən Nikol Paşinyanla zarafat edib.

"Unikal" xəbər verir ki, bu barədə Belarus mətbuatı videogörüntü paylaşıb. 

Belarus lideri azərbaycanlı həmkarına müraciət edərək təbəssümlə deyib: İlham Heydəroviç, dünən narahat idin, dedin gəlməyəcək. Amma mən dedim: Nikol Vovayeviç bizsiz heç yerə getməz!"

Paşinyan onun bu sözlərinə belə cavab verib: "Nə demək istəyirsən, mən gəlməyəcəm?"

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
unikal.az

4Mənbələr