AZ

ABŞ Çinə Rusiya üzərindən uçuşları qadağan edə bilər

Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi oktyabrın 9-da hazırlanan icra sərəncamı layihəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Çin hava yolları hazırda ABŞ və Rusiya hava məkanından istifadə edərək uçuşlarını davam etdirə bilir. ABŞ aviaşirkətləri isə 2022-ci ildən etibarən Rusiya üzərindən uçuşları dayandırmalı olublar. Bu vəziyyət ABŞ aviadaşıyıcıları tərəfindən uzun müddətdir ki, tənqid olunur. Reuters yazır ki, ABŞ Nəqliyyat Departamentinin hazırladığı sənəddə bu vəziyyətin “əhəmiyyətli rəqabət üstünlüyü” yaratdığı qeyd edilir və balanssızlığın aradan qaldırılması üçün yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Agentliyin məlumatına əsasən, sözügedən təşəbbüs sabiq prezident Donald Trampın administrasiyası tərəfindən oktyabrın 9-da irəli sürülüb.

 

Seçilən
52
Ajans.az

1Mənbələr