AZ

Məhkəmə Şahin Şıxlinskini həbsdə saxlayıb

Yekaterinburqdakı Sverdlovsk Vilayət Məhkəməsi, xüsusi təyinatlıya zor tətbiq etməkdə və qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlınskini həbsdə saxlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə URA.RU-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Sverdlovsk vilayət məhkəməsi qapalı iclasda iş materiallarına baxaraq apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas tapmayıb. Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq", - məhkəmədən bildiriblər.

Şıxlinski avqustun 2-də Moskvada həbs edilib. Daha sonra o, Yekaterinburqa aparılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamları rədd edir. Bundan əvvəl Ural məhkəməsi onun oğlu, vəkil Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçib. O, hüquq-mühafizə orqanının əməkdaşına hücum etməkdə ittiham olunur.

Almaz Həsənli

Seçilən
22
oxumeni.az

1Mənbələr