AZ

Nəvəsi Əminə Yusifqızınan danışdı: "Bunu sevməzdi" - FOTO

"Hamı üçün Əminə Yusifqızı idi, bizim üçün isə doğma insan idi".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Əminə Yusifqızının nəvəsi Leyla Əliyeva jurnalistlərə açıqlamasında deyib.

"Biz ona heç vaxt nənə deməzdik. Ona nənə deyilməsini sevməzdi. Həmişə "Amişa" deyə müraciət edirdik. Çox gözəl insan idi. Onunla bağlı ən xoş xatirələrim ağlıma gəlir. Onun evində olarkən, uşaqlıq xatirələrimi xatırlayıram. Nə yaxşı ki, onun səsi bizimlə yaşayacaq", - deyə Leyla Əliyeva əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
24
6
milli.az

7Mənbələr