AZ

Ömrümüz rusların "ayı" olduğuna inanmaqla keçdi: Səfir Putinin zəif olduğunu iddia etdi

Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarına başlamağa qərar verəcəyi anın hələ çatmadığını bildirib.

Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Riqada keçirilən konfransda deyib.

ABŞ səfirinin sözlərinə görə, Putinin üstünlüyü ondadır ki, o, çox zəif olsa da, bunu gizlədə bilir.

Putinin zəif cəhətləri arasında o, xüsusən də Kremlin “Tomahavk” raketlərinin Ukraynaya mümkün ötürülməsi xəbərinə reaksiyasını qeyd edib.

"Həmçinin, Fransa donanmasının "kölgə donanması" gəmisini saxlaması - onlar buna da sərt reaksiya verdilər. Rusiyanın sərt reaksiya verdiyi üçüncü şey isə Trampın Rusiyanı "kağız pələng" adlandırdığı bəyanatı oldu. Bizim ömrümüz "Rusiyanın bir ayı olduğuna" inanmaqla keçdi, çünki onlar gözlənilməzdir, amma biz güclü olduğumuza əmin olmalıyıq" - Uitaker deyib.

Seçilən
12
publika.az

1Mənbələr