Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Əminə xanımın heç vaxt təkrarı olmayacaq bir sənətkardır. O ustad idi".
Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Fərhad Bədəlbəyli Xalq artisti Əminə Yusifqızının vida mərasimində deyib.
"Mənim üçün çox əziz insan idi. Atamla birlikdə işləyirdi və bir arada neçə-neçə gözəl tədbirlər təşkil ediblər.
Əminə Yusifqızı gözəl və azad xanım idi. Heç kimin yanında başını aşağı salmazdı. Heç kimdən heç nə xahiş etməzdi. O xoşbəxt bir ömür sürüb. Əminə xanım hər zaman bizimlə olub, bizimlə olacaq. Onun səsi daim yaşayacaq".
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.