AZ

Şəfiqə Məmmədova Əminə Yusifqızı ilə bağlı XATİRƏLƏRİNİ bölüşdü

“Akademik Dram Teatrına gələndə uzun ömür yaşadıq. Həyatımızda nümunəvi dostluq olub. Əminəni çox sevmişəm. Qızı kiçik olandan bəri bu dostluğumuz olub. Elə Səminəni bərabər böyütdük”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əminə Yusifqızının vida mərasimində Xalq artisti, tanınmış aktrisa Şəfiqə Məmmədova qeyd edib:

“O, çox gözəl, düz və təmiz yaşadı. Onun səsi hər zaman yaşayacaq və onu yaşadacaq. Allah rəhmət eləsin”.

Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
33
2
bizim.media

3Mənbələr