Dünən – 9 oktyabr tarixində Xalq artisti Əminə Yusifqızı 89 yaşında dünyasını dəyişdi. Xalq artisti, dəyərli sənətkarla vida mərasiminin bu gün məsciddə təşkil olunması narazılığa səbəb olub.
Tribunainfo.az xəbər verir ki, buna etiraz edənlərdən biri də jurnalist Əzizə İsmayılova olub. O bildirib ki, Ə.Yusifqızı ilə vida mərasimi hər hansısa teatrda keçirilməli idi:
“Zənnimcə, Xalq artisti Əminə Yusifqızı ilə vida mərasiminin məsciddə keçirilməsi heç yerinə oturan iş olmadı. Yəni onu yola salmağa hansısa bir səhnə tapılmadı?”.
Xatırladaq ki, Xalq artisti Əminə Yusifqızının 24 sentyabrda 89 yaşı tamam olmuşdu. O bu gün vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Gülşən Rəsul