AZ

Şahin Şıxlinski hələ də istintaq təcridxanasındadır

Ajans.az xəbər verir ki,bu barədə Lenta.ru regional məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, məhkəmə iş materiallarını nəzərdən keçirib və Şıxlinskinin apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Onun istintaq təcridxanasında saxlanma müddəti 2024-cü il dekabrın 30-dək uzadılıb. Bundan əvvəl regional ictimai monitorinq komissiyasının sədri Vladimir Popov bildirmişdi ki, Şıxlinski Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında karser şəraitində saxlanılır. Popovun sözlərinə görə, o, yaşlı və xəstədir, hər an təcili tibbi yardıma ehtiyacı yarana bilər. Qeyd olunub ki, kamera yoldaşı həyəcan siqnalı verərək həkim çağırmaq imkanına malikdir. Şahin Şıxlinski özünü təqsirsiz sayır və baş verənləri şəraitin qurbanı olmaqla izah edir.

 

Seçilən
27
Ajans.az

1Mənbələr