AZ

Boksçumuzdan tarixi göstərici, Avropa çempionatlarında ilk və 16 ildən sonra 5 medal

Bilalhəbaşi Nəzərov Azərbaycan boks tarixinə düşüb. Millimizin 18 yaşlı idmançısı bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb.

Apasport.az xəbər verir ki, o, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub.

Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Çexiyadakı Avropa çempionatı qız boksçularımız üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komandamız medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.

Qeyd edək ki, yığmamızın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıb. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.

Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurublar

Avropa çempionatı: 3 boksçumuz yarımfinalda - FOTO

Qadın boksçularımız MDB Oyunlarını 10 medalla başa vurublar - FOTO - YENİLƏNİB

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında

III MDB Oyunları: Azərbaycanın 5 boksçusu finalda

Seçilən
21
3
apasport.az

4Mənbələr