AZ

Məlumatların toplandığı informasiya sistemləri ildə azı bir dəfə auditdən keçirilir - XRİTDX rəsmisi

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətiinformasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirənmərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət informasiyasistemləri və ehtiyatlarında toplanan məlumatların təhlükəsizlikbaxımından monitorinqini aparır.

Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – CriticalInfrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalıçərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət,toplanan data, insan hüquqları, mühafizə yolları - hansı dahavacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

E.Abdullayev bildirib ki, bu monitorinq təhlükəsizlik meyarlarıəsasında həyata keçirilir:

“Burada əsasən informasiya təhlükəsizliyinin əsas prinsipləri —konfidensiallıq, mötəbərlik (bütövlük), əlçatanlıq və obyektivlikmeyarları üzrə qiymətləndirmə aparılır. Məlumatların toplandığıinformasiya ehtiyatları və sistemləri ildə azı bir dəfə obyektivaudit və qiymətləndirmədən keçirilir.

Biometrik informasiya isə elə bir məlumat növüdür ki, buradaxüsusi tələblər tətbiq olunmalıdır. Bu tələblər təkcə məlumatlarıntoplandığı sistemlərə deyil, həm də həmin sistemlərdə istifadəolunan texnoloji avadanlıqlar və proqram təminatlarına da şamiledilməlidir”.

Seçilən
6
1
az.trend.az

2Mənbələr