AZ

Ödənişli əsaslarla qəbul olunan 584 tələbə ödənişsizə keçirildi - RƏSMİ

2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

"Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib", - məlumatda qeyd olunub.

Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması bu cədvəl üzrəıdir.

 Bakı Dövlət Universiteti 27

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 38

 Azərbaycan Texniki Universiteti 78 

Azərbaycan Memarlıq və İnşaat Universiteti 65

 Azərbaycan Tibb Universiteti 4 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 3

 Azərbaycan Dövlət İqtisad Universiteti 8 

Azərbaycan Kooperasiya Universiteti 2

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 17

 Azərbaycan İdman Akademiyası 2

 Bakı Musiqi Akademiyası 5

 "Azərbaycan" Universiteti 25 

Qərbi Kaspi Universiteti 36 

Xəzər Universiteti 5 

Bakı Avrasiya Universiteti 2

 "Odlar Yurdu" Universiteti 13 

Bakı Biznes Universiteti 2 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 9 

Milli Aviasiya Akademiyası 14 

Azərbaycan Dövlət Dəniz Akademiyası 17

 Azərbaycan Turizm və Menecment Universiteti 3 

Dövlət Gömrük Komitəsinin Akademiyası 2 

Bakı Xoreoqrafiya Akademiyası 1

 Bakı Mühəndislik Universiteti 101 

Naxçıvan Dövlət Universiteti 12 

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) 7 

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 1 

Gəncə Dövlət Universiteti 5 

Sumqayıt Dövlət Universiteti 71 

Mingəçevir Dövlət Universiteti 5 

Lənkəran Dövlət Universiteti 3

 bütövlükdə 584 nəfər tələbəyə şamil olunub.


Seçilən
1
azia.az

1Mənbələr