AZ

Avstraliyada beynəlxalq tələbələrə dair kvotalar ləğv olunur

Avstraliya hökuməti beynəlxalq tələbələr üçün tətbiq olunan sərt kvotaların ləğvini nəzərdə tutan yeni təhsil qanun layihəsini təqdim edib. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra kvotalar maliyyə və viza sistemləri vasitəsilə daha çevik və “yumşaq qaydalarla” tənzimlənəcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu məsələ ətrafında müzakirələr hələ 2025-ci ilin əvvəlində başlamış və təklif olunan ilkin qanun layihəsi Senatda bloklanmışdı. Yeni versiyada isə hökumət, həm təhsil sektorunun dayanıqlığını təmin etmək, həm də “saxta təhsil viza sistemi”ndən sui-istifadə hallarının qarşısını almaq məqsədilə balanslaşdırılmış yanaşma tətbiq etməyə çalışır.

Təhsil Nazirliyi bildirib ki, bu dəyişikliklər bir tərəfdən Avstraliya universitetlərinin beynəlxalq tələbələrdən əldə etdiyi gəlirləri qorumağa, digər tərəfdən isə təhsil sisteminin keyfiyyətinə nəzarəti gücləndirməyə yönəlib.

Hazırda qanun layihəsi ictimai müzakirəyə çıxarılıb və yaxın həftələrdə parlamentdə səsverməyə təqdim olunacağı gözlənilir.

Seçilən
4
azedu.az

1Mənbələr