AZ

Çin Amerikanın “Qualcomm” şirkətinin inhisarçılığından şübhələnir

Çin səlahiyyətliləri Amerikanın yüksək texnologiyalı “Qualcomm” şirkəti ilə bağlı Çinin antiinhisar qanunlarını pozmaqda şübhəli bilinərək istintaqa başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Çinin Baş Bazar Nəzarəti İdarəsi məlumat verib.

“Qualcomm” tələb edildiyi kimi, İsrailin Autotalks şirkətini alması barədə səlahiyyətli Çin orqanlarına məlumat verməyib. Buna görə də Çin hökuməti şirkətin biznesinin artan konsentrasiyasından xəbərsiz idi.

“Qualcomm” smartfonlar və digər elektronika üçün çiplərin hazırlanması və satışı üzrə ixtisaslaşmış Amerika texnologiya şirkətidir. Onun əsas məhsulları “Snapdragon” prosessorları və modemləridir.

Yeganə

 

Seçilən
12
busaat.az

1Mənbələr