AZ

Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyevə yüngül cəza verildi

Ajans.az  xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunub.(report)

Seçilən
122
14
Ajans.az

10Mənbələr