Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yusifqızını evində ziyarət edib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı"na müsahibəsində danışıb. O, sənətçinin bir neçə ay əvvəl yıxıldığını bildirib:
"3 gün əvvəl Əminə xanımın evində idim. Baxmayaraq ki, halı çox pis idi, amma hər kəsi tanıyırdı. Hamı ilə ünsiyyət qururdu. 2-3 ay bundan əvvəl yıxılmışdı və ayağı zədələnmişdi. O ağrıya dözürdü. Mənimlə bir az danışdı. Son sözü o oldu ki, anamın yanına getmək istəyirəm".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.