Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində Prezident İlham Əliyevin son 10 gündə etdiyi səfərlər, iştirak etdiyi tədbirlər barədə paylaşım edib.
Paylaşımda qeyd olunub:
"Yalnız oktyabr ayının ilk ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə iştirak edib:
1–2 oktyabr – “Avropa Siyasi Birliyi” sammiti, Kopenhagen. Aİ və digər Avropa tərəfdaş ölkələri ilə görüşlər və müzakirələr.
6–7 oktyabr – Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti. Türk dünyasının həmrəyliyi və birliyi.
9–10 oktyabr – MDB sammiti, Düşənbə.
Prezident İlham Əliyevin son on gün ərzində üç sammitdə iştirakı çoxşaxəli və geniş coğrafiyalı xarici siyasətinin təzahürüdür".