AZ

Əminə Yusifqızının son sözü o oldu ki... Xalq artisti AÇIQLADI

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yusifqızını evində ziyarət edib.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı"na müsahibəsində danışıb. O, sənətçinin bir neçə ay əvvəl yıxıldığını bildirib:

"3 gün əvvəl Əminə xanımın evində idim. Baxmayaraq ki, halı çox pis idi, amma hər kəsi tanıyırdı. Hamı ilə ünsiyyət qururdu. 2-3 ay bundan əvvəl yıxılmışdı və ayağı zədələnmişdi. O ağrıya dözürdü. Mənimlə bir az danışdı. Son sözü o oldu ki, anamın yanına getmək istəyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
10
www.bakupost.az

10Mənbələr