AZ

Azərbaycan millisi Parisdə fransızların qonağıdır - CANLI YAYIM

Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq.

"Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Fransa millisi 6 xalla qrup lideridir. İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.

Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar.

Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub,

Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

22:45. Fransa - Azərbaycan 0:0

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 4. Dayot Upamekano, 7. Kinqsli Koman, 9. Huqo Ekitike, 10. Kilian Mbappe (k), 11. Mikael Olise, 14. Adrien Rabyo, 17. Vilyam Saliba, 19. Kefren Türam, 22. Teo Ernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 23. Luka Şevalye, 3. Luka Din, 5. Jül Kunde, 6. Eduardo Kamavinqa, 8. Manu Kone, 12. Maqnes Akliuş, 13. Jan-Filipp Mateta, 15. İbrahima Konate, 18. Kristofer Nkunku, 20. Florian Toven, 21. Lukas Ernandes.
Baş məşqçi: Didye Deşam.

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rahil Məmmədov, 6. Murad Xaçayev, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 19. Nəriman Axundzadə, 20. Faiq Hacıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
25
1
sportinfo.az

2Mənbələr