AZ

DÇ-2026: Millimiz səfərdə Fransaya məğlub oldu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti matçı çərçivəsində Fransa və Azərbaycan yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Park de Prens” stadionunda baş tutub və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fransa millisinin qələbəsini təmin edən qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurub. Oyunu norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

Üç turdan sonra 1 xalla qrupun sonuncu pilləsində qərarlaşan Azərbaycan yığması növbəti oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

Seçilən
42
90deqiqe.az

1Mənbələr