Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması başa çatıb.
Görüş ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 45+2-ci dəqiqədə Mbappe, ikinci qolu 69-cu dəqiqədə Rabyo, 84-cü dəqiqədə Toven qapıdan keçirib.
Bu nəticədən sonra Fransa millisi xalların sayını 9-a çatdıraraq D qrupunda liderliyini davam etdirir, Azərbaycan 1 xalla sonuncudur.
Millimiz növbəti görüşünü oktyabrın 13-də Ukrayna millisinə qarşı keçirəcək.
***23:33
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.
Kilian Mbappe adını tabloya yazdırıb.
***22:45
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qa:rşılaşması start götürüb.
Far.Az xəbər verir ki, matçı Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edir.