AZ

İkardi sevgilisinə bahalı daşlarla bəzənmiş “Qalatasaray” formasını hədiyyə edib – FOTO

“Qalatasaray”ın ulduzu Mauro İkardi yenidən diqqət mərkəzinə düşüb – bu dəfə futbola görə deyil, sevgilisi, argentinalı model Çina Suarezin dəbdəbəli hədiyyəsi sayəsində.

İdman.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, forvard onun üçün qiymətli daşlarla bəzədilmiş “Qalatasaray” forması hazırladıb.

İkardi 9 nömrəli və arxasında “Çina”nın adı olan unikal formanı sifariş verib. Əl işi olan və Türkiyə bayrağı elementi ilə tamamlanan eksklüziv parçanın təxminən 500.000 türk lirəsi (25.000 Azərbaycan manatı) dəyərində olduğu təxmin edilir.

Futbolçunun romantik jesti dərhal sosial şəbəkələrdə yayılıb. Mediada yayılan xəbərlərə görə, Çina Suarez hədiyyədən çox təsirlənib və sosial şəbəkədə formasının şəklini yerləşdirərək İkardiyə təşəkkür edib.

İdman.Biz

Seçilən
16
1
idman.biz

2Mənbələr