AZ

Kibertəhlükəsizlik sərgisi ilə tanışlıq

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defense Challenge – CIDC-2025” (CIDC-2025) beynəlxalq kiberfestivalının ikinci günü tədbirin rəsmi qonaqları və tədbir iştirakçıları “Kibertəhlükəsizlik” sərgisi ilə tanış olublar.

Dövlət rəsmiləri - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Həsən Mansurov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov və digər rəsmilər CIDC-2025-də təqdim olunan kibertəhlükəsizlik həlləri ilə tanış olublar.

Qeyd edək ki, bu il CIDC-2025-in kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edib. Eləcə də sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
16
xalqqazeti.az

10Mənbələr