AZ

Şübhəli bilinən 41 nəfər SAXLANILDI

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumatda bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Seçilən
17
49
hafta.az

10Mənbələr