AZ

Adrien Rabyo: “Bakıdakı oyun fərqli olacaq”

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Beş nəfərdən ibarət müdafiə xəttinə malik belə komandalarla oynamaq hər zaman çətindir”.

İdman.Biz xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Adrien Rabyo evdə Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan sonraki açıqlamasında deyib.

İtaliya “Milan”ında çıxış edən 30 yaşlı yarımmüdafiəçi ilk yarıda qaçmaqda çətinlik çəkdiklərini və aşağı sürətlə ötürmələr etdiklərini bildirib.

O, ikinci hissədə hər şeyin daha yaxşı alındığını söyləyib: “Biz onları qaçmağa məcbur etdik. Belə matçlarda dözümlü olmaq lazımdır və bu, alındı. Belə komandaya ikinci qolun vurulması vacib idi. Çünki hər zaman nə isə baş verə bilər”.

Rabyo vaxtilə PSJ-də çıxış edib. Paris komandası isə rəqiblərini məhz “Park de Prens”də qəbul edir. Təcrübəli oyunçu doğma arena qol vurmasına çox sevindiyini vurğulayıb:

“Azarkeşlərin məni burada alqışlamaları çox xoşdur. Fikrimcə, İslandiyaya səfərdə də qalib gəlsək, finala vəsiqə cibimizdə olacaq. Bu gün öz işimizi görmək vacib idi. Səfərdə (Baklda) isə fərqli matç olacaq. Biz noyabr qarşılaşmasında daha rahat olacağıq”.

Qeyd edək ki, Adrien Rabyo Fransa millisinin 69-cu dəqiqədə vurduğu ikinci qolun müəllifi olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
icma.az

2Mənbələr